Risklərin idarə edilməsi

“Muğankbank" Açıq Səhmdar Cəmiyyətinin Risklərin İdarə Edilməsi Siyasəti Azərbaycan Respublikası Milli Bankının “Banklarda Korporativ Idarəetmə Standartların tədbiq edilməsi üzrə Qaydalar”ı, “Risklərin Idarə Edilməsi üzrə Standart”ı, “Kredit təşkilatlarında risklərin idarə edilməsinə dair” Bazel Komitəsinin tövsiyələrinə, kredit təşkilatlarında risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübələrə, Bankın Nizamnaməsi və Strateji Planına uyğun aparılır. 
Siyasətin əsas məqsədi risklərin idarə edilməsinin işinin təşkili, prinsipləri, məsul strukturların vəzifə və öhdəliklərini, risklərin strateji və gündəlik idarə edilməsi, monitorinqi və nəzarətinin çərçivələrini müəyyən etməkdir. 
Bu Siyasət çərçivəsində müəyyən edilən və tənzimlənən riskin idarə edilməsi bankın bütün məhsulları, xidmətləri və biznes proseslərini və bankın üçüncü tərəflərdən aldığı xidmətləri əhatə edir. Bundan əlavə, o, banka aid olan bütün işçilərə, investisiyalar, kompüter avadanlığı və proqram təminatına, o cümlədən prosedurlara və hüquqi münasibətlərə tətbiq edilir. 
Riskin idarə edilməsi sistemlərinin ən başlıca məqsədi Bankın mənfəətliliyini təhlükə altına qoymamaq üçün riskləri məhdudlaşdırmaqdır.
Risklərin idarə edilməsi bankın ümumi idarə edilməsinin ayrılmaz hissəsini təşkil etməlidir. Bu baxımdan Risklərin İdarə Edilməsi üzrə səlahiyyətlər aşağıdakı qruplara bölünür: 

Risklərin İdarə Edilməsi Departamentinin vəzifələri: 

  • Bankda risklərin idarə edilməsi işinin təşkil edilməsi; 
  • Risklərin təhlili; 
  • Risklərin idarə edilməsi və risk siyasəti ilə bağlı təkliflərin verilməsi; 
  • Risklərin idarə edilməsi prosedurlarının hazırlanması; 
  • Yeni məhsulların yaradılmasına köməklik; 
  • İdarə Heyətinin risklər üzrə məlumatla təmin edilməsi; 
  • Risklərin İdarə edilməsi Komitəsinin məlumatla təmin edilməsi və ona təşkilati dəstək. 

Risklərin Idarə edilməsi Komitəsinin vəzifələri: 

  • Risklərin dəyişməsinin təhlili; 
  • Risk siyasəti ilə bağlı təkliflərin hazırlanması; 
  • Risk limitləri ilə bağlı təkliflərin hazırlanması; 
  • Risklər üzrə qərarlara nəzarətin təmin edilməsi 
  • Risklərin idarə edilməsi prosedurlarının qiymətləndirilməsi və yenidən baxılması; 
  • Risklərin idarə edilməsi prosesinə əməliyyat dəstəyinin verilməsi; 
  • Risklər üzrə müvafiq struktur vahidlərin və ya işçilərin müəyyənləşdirilməsi. 

  Kredit Komitəsinin vəzifələri: 

  • Müşahidə Şurası tərəfindən müəyyən edilmiş limitlərdən yuxarı olan kreditləri təsdiq etmək; 
  • Kredit siyasəti ilə bağlı təkliflər vermək; 
  • Kredit risklərinin inkişafının təhlilini aparmaq, konkret olaraq: 
  • Ərazilər və fəaliyyət növləri üzrə kreditləşdirmə standartlarının hazırlanmsaı; 
  • Kreditlərin cəmləşməsinin monitorinqini aparmaq; 
  • Kredit portfellərinin monitorinqini aparmaq; 
  • Təminatı qiymətləndirmək;  
  • Bütün kredit ödənişlərinin yığımı fəaliyyətlərinin icrasına nəzarət etmək; 
  • Kreditlər üçün mümkün zərərlərin yaranması üzrə ehtiyatların yetərliliyinin nəzərdən keçirilməsi və təhlili 
  • Kreditlər üzrə faiz dərəcələrinin müəyyən edilməsi; 
  • Kreditləşdirmə prosedurlarının baxılması, qiymətləndirilməsi və yenidən baxılması; 
  • Kredit riskləri üzrə qərarlara nəzarətin təmin edilməsi, konkret olaraq: 
  • Kreditləşdirmə prosedurlarına əməl olunmasına nəzarəti təmin etmək. 

Aktiv və Passivlərin Idarə edilməsi Komitəsinin vəzifələri: 

  • Bankın aktiv və passivlərini idarə etmək; 
  • Likvidliyin idarə edilməsinin məqsədləri və istiqamətlərini müəyyən etmək; 
  • Faiz dərəcəsi siyasətini müəyyən etmək; 
  • Bazar riski siyasətinin məqsədləri və istiqamətlərini müəyyən etmək; 
  • Vəsaitin idarə edilməsinin məqsədləri və istiqamətlərini müəyyən etmək; 
  • Qanunvericiliklə müəyyən edilmiş normalar və nisbətlərə əməl olunmasını təmin etmək; 
  • Likvidlik və bazar riskləri üzrə qərarlara nəzarətin təmin edilməsi. 

İT Komitəsinin vəzifələri: 

  • Həm avadanlıq, həm də proqram təminatı daxil olmaqla, informasiya texnologiyalarına investisiyalarla bağlı əsas qərarların qəbul olunması; 
  • Bankın İT riskini qiymətləndirmək; 
  • İdarəetmə informasiya sisteminin fasiləsiz fəaliyyətini təmin etmək; 
  • Avtomatlaşdırılmış əməliyyat sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək; 
  • Gözlənilməz tədbirlər üçün ehtiyat planının hazırlanması və yeniləşdirilməsi; 
  • Mühasibat uçotu haqqında məlumat və MIS üçün müvafiq arxivlərin yaradılması; 
  • İnformasiya texnologiyaları ilə bağlı prosedurlara baxılması və yeniləşməsi; 
  • İT ilə bağlı risklər üzrə qərarlara nəzarətin təmin edilməsi. 

İdarə Heyətinin vəzifələri (risklərin idarə edilməsi üzrə): 

  • Bankda riskin idarə edilməsini həyata keçirmək; 
  • Risklə bağlı komitələrə dəstək vermək; 
  • Risk siyasəti ilə bağlı təkliflərini hazırlamaq (Risklərin İdarə Edilməsi Komitəsinin təkliflərindən başqa) və Müşahidə Şurasına təqdim etmək; 
  • Müşahidə Şurasına risklə bağlı vəziyyət haqqında hesabat vermək; 
  • Risk limitinin dəyişilməsi Müşahidə Şurasının təsdiqi üçün müraciət etmək; 

Müşahidə Şurasının vəzifələri (risklərin idarə edilməsi üzrə)

  • Bankın Risk Siyasətini təsdiq etmək; 
  • Risk limitlərini və onların hər dəyişməsini təsdiq etmək; 
  • İdarə Heyətinə nəzarət etmək; 
  • Risklə bağlı komitələri formalaşdırmaq. 

Səhmdarların Ümumi Yığıncağının vəzifələri (risklərin idarə edilməsi üzrə): 

  • Bankda adekvat risklərin idarə edilməsi sisteminin fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. 

Bankın işçilərinin vəzifələri (risklərin idarə edilməsi üzrə): 

  • Risklərin idarə edilməsi qaydalarına uyğun hərəkət etmək; 
  • Risklərlə bağlı AMB-nin qaydaları və daxili qaydalara əməl etmək; 
  • Yeni risk növləri və riskdə dəyişikliklər haqqında hesabat vermək; 
  • Zəruri təlimin icrasını təmin etmək və onda iştirak etmək; 
  • Cavabdeh olduqları işləri vaxtında və keyfiyyətlə həyata keçirmək. 

  Daxili Auditin vəzifələri (risklərin idarə edilməsi üzrə): 

  • Bankda risklərin idarə edilməsi sisteminin effektivliyi üzrə nəzarətin icrası; 
  • Yeni risklərin müəyyənləşdirilməsi; 
  • Risklərin idarə edilməsinin yaradılması prosesinə dəstəyin verilməsi; 
  • Üzv olmamaq şərti ilə, Risklərin İdarə Edilməsi Komitəsi ilə əməkdaşlıq.