Bu gün bank sektoru – iqtisadiyyatımızın dinamik şəkildə inkişaf edən əsas sahələrindən biridir. Artıq çöküş dövrünü geridə qoyub və fəal şəkildə irəliləməkdədir. Əlbəttə, bu halda bank sektoru yeni ixtisasçıların, eyni zamanda bu işə başlamaq istəyən kadrların cəlb edilməsini tələb edir.
“Muğanbank” ASCın işinə maraq göstərən hər bir kəsi qarşılamağa sevinərik. Bankımız istər peşəkarlara, istərsə də gənc mütəxəssislərə iş təklif etməyə hazırdır. Dinamik inkişafdan geri qalmayan və gündən-günə bir çox mərhələləri geridə qoyan “Muğanbank” ASC sizin də namizədliyinizi irəli sürə biləcəyiniz vakansiyalar açır. Hətta bank sahəsində təcrübəniz yoxdursa və öz karyeranızı qurmaq, peşəkar olmaq istəyirsinizsə, sizə staj almaq, yaxud bankımızda işlə təmin olunmaq üçün unikal imkan yaradılır. Ümidvarıq ki, hər biriniz bizim komandada biliyini və iş imkanlarını göstərmək üçün fürsət tapacaq.
- Peşəkarların komandasında maraqlı iş imkanı
- Peşəkar kimi yetişmək və karyeranızı inkişaf etdirmək üçün əla fürsət
- Stabil maaş
- Rahat iş şərtləri
- Əlverişli yerdə ofis
Bütün bunlarda maraqlısınızsa bu anketi (.doc) doldurun və bizə yollayın!

