“Muğanbank” ASC-nin yaratdığı “MONEX” beynəlxalq pul köçürmələri sistemi Azərbaycanda bir ilkə imza atdı! | MuganBank

“Muğanbank” ASC-nin yaratdığı “MONEX” beynəlxalq pul köçürmələri sistemi Azərbaycanda bir ilkə imza atdı!

2020-03-04

Muğanbankın “MONEX” beynəlxalq  təcili pul köçürmə sisteminin, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirdiyi layihə nəticəsində 02 Mart 2020-ci il tarixindən “MONEX” sistemi vasitəsilə müştərilər dünyanın istənilən ölkəsinə Mastercard sahiblərinə pul köçürə bilərlər.

 Pul göndərən şəxs Mastercard sahibinin  yalnız 16 rəqəmli kart nömrəsini “MONEX” sisteminin operatoruna təqdim etməklə köçürməni həyata keçirə bilər.

 Pul köçürməsi üzrə xidmət haqqı cəmi 1% təşkil edir, gün ərzində köçürmə məbləği isə maksimal 1 000 ABŞ dolları ekvivalentindədir. Köçürmələr anında Mastercard sahibinin kartına daxil olur.

 Xidmətdən istifadə üçün “Muğanbank” ASC-nin filial və şöbələrinə, həmçinin “MONEX” pul köçürmə sisteminin bütün iştirakçı banklarına müraciət edə bilərsiniz.  “MONEX” sisteminin iştirakçı bankları və s. ətraflı məlumat əldə etmək üçün www.monexmt.az saytına və ya 933 məlumat mərkəzinə zəng edə bilərsiniz.