Təcili pul köçürmələri

“Muğanbank” ASC ən geniş yayılmış xidmətlərindən biri pul köçürmələridir. Bu xidmət sizə lazımi problemi lazımi vaxtda həll etməyə imkan yaradır. Pul köçürmə xidmətimiz vasitəsi ilə siz pullarınızı dünyanın istənilən bankına göndərə bilərsiniz.

Banklararası pul köçürmə ilə yanaşı təcili pul köçürmələrinin xüsusi sistemi də mövcuddur. Bu xidmətin köməyi ilə hesab açmadan pulu lazım olan yerə göndərmək imkanınız yaranır.

Monex 

"MONEX" təcili pul köçürmə sistemi 2011-ci ildə yaradılıb. "MONEX" sistemi fiziki şəxslər arasında beynəlxalq və ölkədaxili pul köçürmələri üçün vasitədir. Bu sistem vasitəsilə hal-hazırda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Moldova, Böyük Britaniya, Çexiya, Monqolustan, Nepal, Çin, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, B.Ə.Ə.,Tacikistan, Səudiyyə Ərəbistan və Küveyt ölkələrinin məntəqələrində xidmət olunur. 2014-cü ilin iyun ayından "MONEX" TPK sistemi ilə hesaba köçürmələr aktivləşdirildi. 

Zolotaya Korona

 «Золотая Корона» ödəniş sistemi Rusiyada, yaxın və uzaq xaric ölkələrdə milyonlarla insanın gündəlik istifadə etdiyi aktual, rahat və əlverişli maliyyə xidmətləri dəstidir.

Leader

ЛИДЕР –Beynəlxalq Ödəniş Sistemidir. Maliyyə bazarında 2003-cü ildən fəaliyyət göstərir. ЛИДЕР bütün dünyada milyonlarla insanı birləşdirir. Xidmətlərimizdən istifadə hər yerdə mümkündür – banklarda, riteyldə, bankomatlarda/terminallarda, internetdə, qadcetlərdə. Biz şəxsi maliyyə vəsaitlərinin idarə olunmasını sadə və rahat etmişik.

Western Union




Western Union sistemi dünyada ən iri pul köçürmə sistemi olaraq, bu sahədə liderdir. Bu sistem vasitəsilə istənilən məsafəyə 5 dəqiqə ərzində pul köçürməsi etmək mümkündür.Western Union ən geniş agent şəbəkəsinə malikdir və 200 ölkədə fəaliyyət göstərir.

Contact

Contact – Beynəlxalq sürətli pul köçürmə sistemidir. Siz pulu münasib qiymətlə və qısa zamanda sadələşdirilrmiş prosedurla, Contact sistemində və onun xarici ölkələrdə yerləşən partnyor şəbəkələrində hesab açmadan köçürə bilərsiniz.

Blizko

“BLİZKO” - Köçürmələr rus rublu, ABŞ dolları və avro ilə həyata keçirilə bilər. Hər bir pul köçürməsi 8 rəqəmli unikal Nəzarət nömrəsi ilə etibarlı mühafizə olunur. BLIZKO sistemi üzrə köçürmənin yola salınmasından 1 dəqiqə sonra pul köçürməsi təyinat nöqtəsinə çatır . Sistemin istənilən xidmət məntəqəsində, köçürmənin hansı şəhərə göndərilməsindən asılı olmayaraq, pulu almaq mümkündür.