Bank haqqında - Ümumi məlumat

Tarix

"Muğanbank" ASC 1992-ci ildə yaradılmışdır. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olmuşdur. Yarandığı tarixdən etibarən 29 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır. "Muğanbank" ASC Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir.

Strateji Baxışımız

“Muğanbank” ASC əsasən əhali, kiçik və orta müəssisələrə fokus edən Respublikanın regional mərkəzlərində yerləşən filial şəbəkəsi olan kiçik və orta sahibkarlıq yönümlü universal bank kimi fəaliyyətini davam etdirməklə bazar mövqeyini getdikcə gücləndirməyi hədəfləyir.

Missiyamız

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla, yüksək keyfiyyətli xidmət göstərmək üçün motivasiya olunan peşəkar komanda yaratmaq və nəticədə bankın stabil artan gəlirliyini və investisiyaların dəyərinin dinamik artımını təmin etmək.

Şüarımız

Hər bir fərdi müştəriyə yüksək keyfiyyətli xidmət göstərmək, korporativ müştərilər üçün nüfuzlu simaya malik olmaq, dövlətə dayaq və dəstək vermək, beynəlxalq səviyyədə tanınmaqdır.

Bankın 2021-2023-ci illəri əhatə edən strateji hədəfləri:
  • Müştərilərə daha kefiyyətli xidmətlər təqdim etmək məqsədilə Müştəri yönümlü biznes modelə keçidi təmin etmək;
  • Bankın təşkilati strukturunu müşətri yönümlü biznes modelə uyğununlaşdırmaq;
  • Səhmdarlara yüksək divident ödəmək;
  • Likvid və etibarlı bank imicini qoruyub saxlamaq;
  • Kredit portfelinin keyfiyyətini qoruyub saxlamaq.
Biznes Fəlsəfəmiz

Bank öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə əsaslanır:

  • Etibarlılıq;
  • Təhlükəsizlik;
  • Düzlük;
  • Şəffaflıq;
  • Yüksək keyfiyyətli xidmət;
  • Müştəri ilə tərəfdaşlıq.

Bank bu dəyərləri özünün həm biznes, həm də institusional strategiyasında və gündəlik fəaliyyətində əsas tutur


Təqdimat - 2020

Faylı yüklə