Sifarişlərin maliyyələşdirilməsi
Daimi inkişaf üçün 1 000 000 manatadək biznes krediti. Sərfəli və rahat şəkildə sürətli inkişafa doğru dayanıqlı addımlarla sifarişlərin maliyyələşməsini bizə etibar edə bilərsiniz.

Sifarişlərin maliyyələşdirilməsi
Kreditin verilmə auditoriyası | Ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, rəsmi müqavilə üzrə mal və xidmətlər satan hüquqi və sahibkar fiziki şəxslər |
Təyinat | Müqaviləyə əsasən verilmiş invoys və elan edilmiş hesab-faktura əsasında debitor borcun maliyyələşməsi |
Bazar təcrübəsi | Rəsmi qeydiyyat üzrə minimum 12 ay olmaqla ardıcıl və fasiləsiz fəaliyyət. |
Maliyyələşdirmə limiti | Satıcı ilə alıcı arasında imzalanmış alqı-satqı və xidmət müqavilələri üzrə təqdim olunmuş invoysların ümumi məbləği üzrə ƏDV çıxıldıqdan sonra qalan məbləğlərin cəminin 90 faizini keçməmək şərti ilə minimum 30 000 AZN, maksimum 1 000 000 AZN ekvivalenti. |
Hər invoys üzrə minimal məbləğ tələbi | Minimum 500 AZN (ekv. digər valyutalar) |
Valyuta | AZN |
Müddət | Maliyələşməsi nəzərdə tutulan invoys və ya sifariş üzrə Alıcı və Satıcı arasında imzalanmış müqavilə müddətindən çox olmamaq şərti ilə Maksimum 6 ay |
Güzəşt müddəti | 5 ay |
Ödəniş
forması |
Faizlər aylıq, əsas məbləğ müddət sonuna |
İllik faiz dərəcəsi | 30.000 - 250.000 AZN-dək 14-16% 250.000 - 1.000.000 AZN-dək 12-14% |
Komissiya | Min. 1 % (birdəfəlik) |
Təminat | 1. Maliyyələşdiriləcək invoys üzrə debitor borc 2. Təsisçi və direktorun zaminliyi 3. Tələb olunarsa digər zaminlik |
Mütləq tələb olunan sənədlər | 1. Hüquqi sənədlər 2. Bütün bank hesabları üzrə dövriyyə hesabatı 3. Maliyyələşdiriləcək invoys(lar) üzrə alıcı və satıcı arasında rəsmi bağlanmış Müqavilə(lər) 4. Alıcı şirkət tərəfindən təsdiq olunmuş İnvoys(lar) 5. Elektron hesab faktura(lar) 6. Alıcı və satıcı arasında mal və xidmətlərin tarixçəsinin təyin olunması üçün icra olunmuş son müqavilə(lər) 7. KOB və Korporativ kreditlərin verilməsi qaydaları üzrə tələb olunan digər sənədlər |
Digər
şərtlər | 1. Alıcı ilə satıcı arasındakı Müqavilə şərtlərinə əsasən ödəmə bank vasitəsi ilə nağdsız aparılmalı və Satıcının bank rekvizitləri olaraq Muğanbank ASC-dəki hesabları göstərilməlidir (və ya müqaviləyə əlavə ilə rekvizitlərə düzəliş edilməlidir) 2. Alıcı ilə satıcı arasındakı minimal əməkdaşlıq müddəti 3 ay 3. Son hesabat ilinin mənfəət bəyannaməsi hesabatında zərər olmamalıdır 4. Bank ilə müştəri arasında bağlanacaq müqavilədə mütləq qeyd olunmalı şərtlər: İnvoys üzrə vəsait daxil olduqda və ya müqavilə müddəti bitdikdə ödənilməmiş borc qalığı faizləri ilə birlikdə müştərinin hesabından qeyd şərtsiz, akseptsiz qaydada müştərinin bankda olan hesablaşma hesablarından müştərinin razılığı alınmadan silinir |
Kredit kalkulyatoru
Nağd pul krediti sifariş etmək üçün "Sifariş et" düyməsini klikləyə bilərsiniz.
Cəmi | |
---|---|
Aylıq | |
Cəmi faiz məbləği |