"Muğanbank Çek"

  • “Muğanbank” ASC-nin Müşahidə Şurasının iclası keçirilmişdir. İclas zamanı bankın strateji hədəflərinə uyğun biznes istiqamətləri və məhsul siyasəti müzakirə olunmuşdur.
  • Eyni zamanda bankın təqdim etdiyi rəqabətli bank məhsulları fonunda, “Muğanbank Çek” məhsuluna marağın azalması, eləcə də məhsulun səmərəli olmadığı nəzərə alınaraq, onun satışının və uduş tirajlarının dayandırılması qərara alınmışdır.
  • Belə ki, sonuncu uduş tirajı 28.01.2022-ci il tarixdə keçirilən “Muğanbank Çek” məhsulunun satışının 11.02.2022-ci il tarixdən etibarən dayandırılması, bundan sonra növbəti uduş tirajlarının keçirilməməsi, nominal dəyəri sahiblərinə ödənilməklə, müştərilər tərəfindən sərbəst şəkildə bankın baş ofisinə, eləcə də filial və şöbələrinə təhvil verilməklə dövriyyədən çıxarılmasının təmin edilməsi barədə qərar qəbul edilmişdir.
  • “Muğanbank Çek”-in ilk tiraji 15.03.2016-ci il tarixdə, sonuncu tirajı isə 28.01.2022-ci il tarixdə keçirilərək ümumi olaraq 379 min 450 AZN uduş məbləği çek sahiblərinə Bank tərəfindən ödənilmişdir.
Tiraj Məbləğ Seriya Nömrə
47 100 MUG005 041431
47 100 MUG005 197429
47 500 MUG005 109890
47 250 MUG005 098605
47 100 MUG005 025855
47 100 MUG005 097901
47 100 MUG005 097315
47 250 MUG005 144934
47 100 MUG005 043327
47 250 MUG005 003563