Muğanbank AMFA-nın Müşahidə Şurasının üzvü seçilib

29 oktyabr tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İllik Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda AMFA-nın Müşahidə Şurasının və Nəzarət-Təftiş Komissiyasının tərkibi yenilənib.
“Muğanbank” ASC AMFA-nın Müşahidə Şurasının üzvü seçilib və bankın səlahiyyətli nümayəndəsi olaraq Beynəlxalq Maliyyə İnstitutları ilə İş Şöbəsinin Rəhbəri Elmar Sadıxov təyin edilib.
Qeyd edək ki, AMFA-nın missiyası ölkədə mikromaliyyə institutlarının potensial imkanlarının gücləndirilməsi və mikromaliyyə birliyinin və onun müştərilərinin maraqlarının təmin olunması üçün effektiv birgə fəaliyyətin təşviq edilməsidir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan "Belt and Road Bankers Roundtable Mechanism" (BRBR - "Bir Kəmər-Bir Yol" Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Xəbərlər və kampaniyalar
-
23.05.2022 05:00
Muğanbank daha 13 aztəminatlı şəxsə yardım göstərdi
-
12.05.2022 05:00
“Muğanbank” ASC kiçik və orta biznes kreditləri...
-
11.05.2022 12:00
Muğanbank Mugan Junior kartının şagirdlər arasında...
-
25.04.2022 03:00
“Muğanbank” ASC 2022-ci ilin ilk rübünü...
Bütün xəbərlər