Muğanbank - “AniPay”

Ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında Mərkəzi Bank tərəfindən yaradılan “AniPay” Ani Ödəniş Sistemində müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq məlumatlarının əldə edilməsi və əməliyyatların aparılması üzrə funksionallıqlar mövcuddur.
“Muğanbank” ASC də adıçəkilən ödəniş sisteminə qoşulmuşdur. Belə ki, bu sistem müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Fiziki şəxslər bu sistemdən faydalanmaqla 24/7/365 rejimində hesab əməliyyatlarını sürətləndirə (AniPay köçürmə), bütün hesablar üzrə (plastik kart hesabları daxil olmaqla) əməliyyatları yerinə yetirə biləcəklər.
AÖS üzrə xidmətlərdən istifadəyə görə fiziki şəxslərdən komissiya haqqı tutulmur (fərdi sahibkarlar istisna olmaqla). Bundan başqa, müştərilər ödənişləri anında qəbul edəra2ək maliyyə axınlarını gücləndirə biləcəklər.
Bu sistem rəqəmsal bank xidmətlərinin effektivliyini yüksəldəcək. Müştərilərə məsafədən xidmət imkanlarını və xidmətin çeşidlərini genişlədərək, hesablar üzərindən rəqəmsal ödəniş həllərinin inkişafına təkan verəcək.
Müştərilər AÖS-ün “AniPay” mobil tətbiqini yükləyərək ödənişlərini anında həyata keçirə bilərlər (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u).
Xəbərlər və kampaniyalar
-
23.05.2022 05:00
Muğanbank daha 13 aztəminatlı şəxsə yardım göstərdi
-
12.05.2022 05:00
“Muğanbank” ASC kiçik və orta biznes kreditləri...
-
11.05.2022 12:00
Muğanbank Mugan Junior kartının şagirdlər arasında...
-
25.04.2022 03:00
“Muğanbank” ASC 2022-ci ilin ilk rübünü...
Bütün xəbərlər