Aztəminatlı şəxslərə yardım

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna "Muğanbank" ASC də qoşulmuşdur.
Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Muğanbank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə əvəzsiz olaraq vəsaitlərin və avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Dəstək almış 10 sahibkar sırasında təkər təmiri sexi, çatdırılma xidməti, avtoelektrik, dizayner və digər fəaliyyət istiqamətləri ilə məşğul olan vətəndaşlar yer alıb. Bununla da, "Muğanbank" ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.
Xəbərlər və kampaniyalar
-
28.11.2022 11:00
"Muğanbank" ASC 30 illik yubileyini qeyd edir!
-
26.10.2022 05:00
Dayanıqlı və daim inkişafda olan Bankımız...
-
20.10.2022 11:00
Muğanbank “Mastercard” beynəlxalq ödəniş təşkilatı ilə...
-
04.10.2022 01:00
Muğanbank kiçik və orta biznesə dəstək məqsədilə...
Bütün xəbərlər