Biznes sahibləri üçün sərfəli kampaniya

“Muğanbank” ASC fərdi sahibkar və hüquqi şəxslər üçün kampaniya təqdim edir.
Kampaniya çərçivəsində, bankın yeni müştərisi olan fərdi sahibkar və hüquqi şəxslər güzəştli tarif planından yararlana bilərlər. Yeni kampaniyaya əsasən biznes sahibləri güzəştli şərtlərdən faydalanaraq öz bizneslərini daha da sürətli inkişaf etdirə biləcəklər. Kampaniya üzrə tətbiq edilən güzəştli tariflər Bankda hesab açıldığı gündən 4 ay müddətinədək keçərlidir.
Bankın yeni biznes müştərilərinə əməkhaqqı kartları, çek kitabçaları (ay ərzində bir dəfə), “Mastercard business” kartı və konvertasiya əməliyyatları pulsuz, ölkədaxili və ölkəxarici köçürmələr isə güzəştli şərtlərlə təqdim ediləcəkdir. Kampaniya 30 dekabr 2023-cü il tarixinədək etibarlıdır.
Tarif cədvəlini Link-ə daxil olaraq əldə edə bilərsiniz.
Muğanbank hər zaman olduğu kimi mikro, kiçik, orta və iri sahibkarlığın stimullaşdırılması və onlara dəstək üçün əzmlə çalışır. Bankın digər məhsul və xidmətləri barədə məlumatı Bankın filial və şöbələrindən, https://muganbank.az rəsmi internet səhifəsindən və ya 933 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial səhifələrindən əldə edə bilərsiniz.
Xəbərlər və kampaniyalar
-
08.09.2023 12:54
Fərdi sahibkar və hüquqi şəxslər üzrə güzəştli tarif planı
-
25.07.2023 07:00
“Muğanbank” ASC 2023-cü ilin ikinci rübü...
-
19.07.2023 10:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü...
-
13.07.2023 11:00
Muğanbank “ABB-MOSKVA” Bankı ilə yeni tərəfdaşlığı və müştərilərə...
Bütün xəbərlər