“Muğanbank”ın əməliyyat mənfəəti 10 dəfədən çox artıb

“Muğanbank” ASC 2022-ci ilin birinci yarısını
(yanvar-iyun dövrünü) 506 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci
ilin eyni dövrünü 556 min manat xalis mənfəət ilə bağlamışdı.
Mənfəətdə
cüzi azalma mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması
ilə əlaqədardır. Bankın cari biznes fəaliyyətinin nəticəsini daha doğru əks
etdirən əməliyyat mənfəəti 10 dəfədən çox artaraq 768 min manatdan 8 milyon
67 min manata yüksəlib.
GƏLİRLƏRİ ARTIB
“Muğanbank”
ASC-nin faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6
ayında 5 milyon 522 min manat və ya 42,2% artaraq 18 milyon 611 min
manat, qeyri-faiz gəlirləri isə 6 milyon 227 min manat və ya 40,4% artaraq 21 milyon
628 min manat təşkil edib.
2022-ci
ilin yanvar-iyun dövründə “Muğanbank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və
qeyri-faiz gəlirləri) 40 milyon 239 min manat, cəmi əməliyyat xərcləri (faiz və
qeyri-faiz xərcləri) 32 milyon 172 min manat təşkil edib. Gəlirlər xərcləri
üstələdiyindən Bankın əməliyyat mənfəəti 8 milyon 67 min manat
təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan
ehtiyatlara 7 milyon 562 min ayırdığından cari ilin ilk 6 ayını 506 min manat
xalis mənfəət ilə başa vurub.
Müqayisə
üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə “Muğanbank” ASC-nin cəmi
əməliyyat gəlirləri 28 milyon 490 min manat, cəmi əməliyyat xərcləri 27 milyon
722 min manat, əməliyyat mənfəəti 768 min manat, mümkün zərərlər üçün yaradılan
ehtiyatlara ayrılan məbləğ 212 min manat, xalis mənfəəti 556 min manat
təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ KƏSKİN ARTIB
“Muğanbank”ın
cəmi əməliyyat gəlirlərinin 11 milyon 749 min manat artmasına qarşılıq, cəmi
əməliyyat xərcləri 4 milyon 450 min manat artıb. Nəticədə, Bankın
əməliyyat mənfəətində 7 milyon 299 min manat və ya 10,5 dəfə artım baş verib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2021-ci
ilin sonu ilə müqayisədə, “Muğanbank” ASC-nin kredit portfeli (müştərilərə
verilmiş kreditlər) 27 milyon 535 min manat və ya 6,9% artaraq 30
iyun 2022-ci il tarixində 428 milyon 596 min manata çatıb. O cümlədən, biznes
kreditləri portfeli 14 milyon 727 min manat artaraq 278 milyon 598 min manata,
istehlak kreditləri portfeli 10 milyon 562 min manat artaraq 40 milyon 178 min
manata, ipoteka kreditləri portfeli isə 2 milyon 246 min manat artaraq 109
milyon 807 min manata yüksəlib.
30
iyun 2022-ci il tarixində "Muğanbank" ASC 697 milyon 666 min
manat cəmi aktivlərə malik olub.
"Muğanbank"da
fiziki şəxslərin depozitləri 23 milyon 884 min manat və ya 8,5% aratarq 304
milyon 702 min manaat yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il
tarixində “Muğanbank” ASC 103 milyon 150 min manat məcmu
kapitala malik olub. 31 Dekabr 2021-ci il tarixində Bank 101 milyon 866 min manat
məcmu kapitala malik idi.
Xəbərlər və kampaniyalar
-
08.09.2023 12:54
Fərdi sahibkar və hüquqi şəxslər üzrə güzəştli tarif planı
-
25.07.2023 07:00
“Muğanbank” ASC 2023-cü ilin ikinci rübü...
-
19.07.2023 10:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü...
-
13.07.2023 11:00
Muğanbank “ABB-MOSKVA” Bankı ilə yeni tərəfdaşlığı və müştərilərə...
Bütün xəbərlər