Muğanbank - Roseksimbank

“Muğanbank” ASC Rusiya İxrac Mərkəzi Şirkətlər Qrupuna daxil olan “Roseksimbank” SC ilə əməkdaşlığa başladı. “Muğanbank” ASC və “Roseksimbank” SC Rusiya mallarının Azərbaycana ixrac tədarükünü maliyyələşdirmək barədə razılığa gəliblər. Rusiya məhsullarının potensial idxalçılarına əsas maliyyə alətləri ilə hərtərəfli məhsul təklifi veriləcəkdir. Rusiya ilə Azərbaycan arasında ticarətin dəstəklənməsi üçün akkreditivlər, qarantiyalar, xarici alıcılara birbaşa kreditlər, xarici alıcıların banklarına kreditlər və ixrac gəlirləri lə təmin edilmiş debitor borclarının maliyyələşdirilməsi həyata keçiriləcəkdir. Bu, “Muğanbank” ASC-nin müştərilərinə Rusiya Federasiyasından Azərbaycan Respublikasına mal və xidmətin ixrac olunmasında dəstək göstərəcəkdir.
Xəbərlər və kampaniyalar
-
02.03.2023 04:00
Muğanbank əməkhaqqı kart sahiblərinə...
-
09.02.2023 02:00
8 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının...
-
08.02.2023 02:00
“MONEX” və “UPT” pul köçürmə sistemləri 8 fevral tarixindən...
-
28.11.2022 11:00
"Muğanbank" ASC 30 illik yubileyini qeyd edir!
Bütün xəbərlər