Muğanbankda təcrübə proqramı

“Muğanbank” ASC kiçik və orta biznes kreditləri üzrə gələcək karyerasını qurmaq istəyən gənclər üçün təcrübə proqramı elan edir.
Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə üzrə ali təhsil almış gənclər “Muğanbank” ASC-yə müraciət edə bilərlər.
Tələblər:
- Yaş: 22-28 ;
- Riyazi biliklər;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir);
- Ünsiyyət və təqdimat bacarığı;
- Təcrübə proqramını müvəffəqiyyətlə başa vuran namizədlər işlə təmin olunacaq.
Təcrübə Bakı filiallarını əhatə edəcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla tam iş gününü əhatə edir (saat 9:00-18:00). Proqrama qoşulmaq istəyənlərdən 15.06.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV göndərmələri xahiş olunur.
Xəbərlər və kampaniyalar
-
31.05.2023 10:00
Səs küylü iş günlərindən sonra sağlamlığınızın vaxtında qeydinə qalmağı da unutmayın.
-
26.04.2023 05:00
“Muğanbank” ASC 2023-cü ilin birinci rübü...
-
02.03.2023 04:00
Muğanbank əməkhaqqı kart sahiblərinə...
-
09.02.2023 02:00
8 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının...
Bütün xəbərlər