Muğanbankdan Ulduzum Fürsəti | MuganBank

Muğanbankdan Ulduzum Fürsəti

2019-12-02

Muğanbank “ASC” “Bakcell” mobil rabitə şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə 2-30 dekabr tarixləri arasında “Ulduzum Fürsəti” adlı kampaniyaya əsasən “Ulduzum” proqramına qoşulmuş Bakcell istifadəçilərinə Muğanbank “ASC”-in Visa İnfinite, Mastercard World Elite, Union Pay Diamond plastik kartları 50% endirimlə təklif ediləcəkdir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.