Muğanbank” ASC-dən həssas əhali qruplarına dəstək | MuganBank

Muğanbank” ASC-dən həssas əhali qruplarına dəstək

2020-04-21

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna “Muğanbank” ASC də qoşulmuşdur.

Hər zaman əhalinin sosial rifahını düşünən “Muğanbank” ASC yenə də yardımları ilə həssas əhali qruplarını sevindirdi. Məcburi köçkün və əlillik dərəcəsi olan şəxslər öz mikro bizneslərini qurmaları üçün lazım olan hər bir avadanlıqla təmin edilmişdir. Bununla da, “Muğanbank” ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.

 

Belə ki, Tovuz rayon sakini Bayram Həsənova (oyun salonu) və Qaradağ rayon sakini Razin Yusibova (ayaqqabı təmiri və istehsalı) mikro bizneslərinə köməklik göstərilməsi istiqamətində “Muğanbank” ASC tərəfindən vətəndaşlarımız lazımi avandanlıq və ləvazimatlarla təmin edilmişdir.