"Muğanbank" ASC-dən sərfəli yaz kampaniyası | MuganBank

"Muğanbank" ASC-dən sərfəli yaz kampaniyası

2020-04-30

"Muğanbank" ASC ‪01 May 2020-ci il ‬tarixdən ‪31 May 2020-ci il tarixədək ‬manatla olan "Avans", "Meqa", "Qısa müddətli" və "Tələbli" əmanət növləri üzrə sərfəli “Yaz kampaniyası” həyata keçirir. Kampaniya müddətində müştərilər banka minimum məbləğ 1000 AZN olmaqla, 12 ay müddətinə, illik 9.5 faiz dərəcəsi ilə "Avans", minimum məbləği 1000 AZN olmaqla, 12 ay müddətinə, illik 10.0 faiz dərəcəsi ilə "Meqa", minimum məbləğ 500 AZN olmaqla, 6 ay müddətinə, 8 faiz dərəcəsi ilə "Qısa müddətli", minimum məbləği 500 AZN olmaqla, 1 aydan çox müddətinə, illik 4.0 faiz dərəcəsi ilə "Tələbli" əmanəti yerləşdirə bilərlər. Müştərilərə yerləşdirdikləri "Avans" əmanətləri üzrə faizlər müddətin əvvəlində, "Meqa", "Qısa müddətli" və "Tələbli" əmanətləri üzrə faizlər aylıq ödəniləcəkdir.