Muğanbank, plastik kart məhsulları ilə üzrə fiziki şəxs müştərilərə sərfəli şərtlər təqdim edir! | MuganBank

Muğanbank, plastik kart məhsulları ilə üzrə fiziki şəxs müştərilərə sərfəli şərtlər təqdim edir!

2021-02-25

Belə ki, "Muğanbank" ASC plastik kart növündən və statusunda asılı olmayaraq, fiziki şəxslərin (hüquqi şəxs və fərdi sahibkarlara şamil edilmir) manat valyutalı bütün plastik kartları (əmək haqqı, depozit, Monexcard və Debit) üçün açılmış, aktiv olan hesabların qalıq məbləğlərinə illik 6 (altı) faiz gəlir hesablayacaqdır. Bu şərtlər valyutası manat olan və hesablarındakı qalıq məbləğ minimum 300 (üç yüz) manat olan bütün növ plastik kart məhsullarına aiddir.

Hesablanmış faizlər depozitlərdə olduğu kimi 30 gün sonra müştərilərin plastik kart hesablarına avtomatik olaraq köçürüləcəkdir. Qalıq məbləğə illik faiz  dərəcəsi ilə hesablanmış gəlir vəsaiti avtomatik şəkildə müştərinin hesabına aylıq olaraq mədaxil ediləcəkdir.