Gizlilik siyasəti

Gizlilik siyasəti

MuganMobile VEB VƏ TƏTBİQLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİNƏ DAİR MÜQAVİLƏ

(OFERTA)

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu sənəd “Azərikard” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – "Şirkət") fiziki şəxslər üçün aşağıda göstərilən şərtlərlə İnternet ödəmə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamaq üçün rəsmi təklifdir  və «https://muganbank.az» saytında və müvafiq tətbiqlərdə (bundan sonra MuganMobile) dərc edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinə uyğun olaraq Bu sənəd Oferta Müqaviləsidir. 

1.2. MuganMobile  xidmətlərinin göstərilməsi üçün Oferta (bundan sonra – Müqavilə) xüsusi bir qaydada bağlanır: Tərəflər arasında imzalanmadan Müqavilənin şərtlərinin qəbul etməklə. Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi qüvvəyə malikdir və tərəflərin əl ilə imzaladıqları müqaviləyə bərabər tutulur.

1.3. Bu Müqavilə Qoşulma Müqaviləsidir. Aşağıda göstərilən şərtlərin tam və qeyri-şərtsiz qəbul edilməsini təsdiqləyən fakt, MuganMobile -də qeydiyyatdan keçirilməsi və\və ya MuganMobile üzərindən təchizatçıların saytlarında müvafiq hərəkəti (tapşırığı) bildirən işarəyə basmaqla həmin işin həyata keçirilməsidir.

1.4. Əgər Müqavilənin hər hansı bəndi ilə razı deyilsizsə, Sizə Müqavilənin qəbulundan imtina etməyi tövsiyə edirik.

2. ƏSAS ANLAYIŞLAR

2.1. Hazırki Müqavilədə və ya Tərəflərin ondan irəli gələn və yaxud onunla bağlı münasibətlərində aşağıdakı termin və anlayışlarından istifadə olunur:

2.1.1. şirkət – qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmiş “Azərikard” MMC, hüquqi ünvan: AZ 1005 Azərbaycan, Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, ev 67.

2.1.2. kart - nağdsız əməliyyatların aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən əməliyyat aləti;

2.1.3. bank ekvayer – Ödəyicinin kartından Xidmət və / və ya Mal Təchizatçısının hesablaşma hesabına pul köçürən bank.

2.1.4. bank emitent – kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən Azərbaycan Beynəlxalq Bankı

2.1.5. internet-ekvayrinq – İnternet üzərindən İstifadəçiyə kart vasitəsi ilə seçilmiş mal və\və ya xidmətə görə hesablaşmanın aparılması üçün xidmət;

2.1.6. şəxsi məlumatların emalı- məlumatların toplanması, qeydiyyatı, yığılması, saxlanması, uyğunlaşdırılması, dəyişdirilməsi, yenilənməsi, istifadəsi və yayılması (yayılması, realizasiyası, ötürülməsi), mənimsənilməsi, şəxsi məlumatların məhv edilməsi, o cümlədən avtomatlaşdırılmış sistem vasitəsindən istifadə.

2.1.7. əməliyyat – Bank-ekvayer tərəfindən İstifadəçinin kartından və ya digər əməliyyat alətindən Təchizatçının müvafiq hesabı üzrə əməliyyatın aparılması;

2.1.8. bank kartı– bankın hesablarından birinə bağlanan plastik kart. Həmçinin internet üzərindən mal və xidmətlərin dəyərinin ödənilməsi üçün və nağd vəsaitinin məxarici məqsədi ilə istifadə olunur.

2.1.9. hesab – maliyyə əməliyyatı aləti kimi çıxış edə bilən istənilən hesab. 

2.1.10. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;

2.1.11. şəxsi məlumatların emalı – fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi)

2.1.12. əməliyyat sistemi – dəyərin bir təsərrüfat subyektindən digərinə ötürülməsini təmin edən qaydalar, prosedurlar və texniki infrastruktur.

2.1.13. istifadəçi – MuganMobile üzərindən bank kartı vasitəsilə əməliyyatları həyata keçirən fiziki şəxs.

2.1.14. MuganMobile – istənilən əməliyyat aləti vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsinə imkan verən texniki və təşkilatı tədbirlərin məcmusu.

2.1.15. “Cooki”lər – İstifadəçi tərəfindən proqramın necə istifadə olunmasının Şirkət tərəfindən müşahidə olunmasına, istifadəçinin autentifikasiyasına, istifadəçini fərdi ayarlarının saxlanılmasına imkan yaratmaq üçün İstifadəçinin qurğusunda saxlanılan təminat vasitələri.

2.1.16. mobil tətbiq – xüsusi olaraq mobil cihazlarda yüklənib istifadə olunmaq üçün nəzərdə tutulmuş, İstifadəçiyə bu əlaqədən istifadə edərək Xidmətə daxil olmağa imkan verən elektron hesablama maşını üçün proqram.

2.1.17. servis – İstifadəçiyə MuganMobile istifadəsi ilə təqdim olunan xidmətlər kompleksi.

2.1.18. şəxsi hesab – İstifadəçinin tətbiqdə qeydiyyatdan keçəndən sonra və (və ya) daxil olduqdan sonra giriş əldə etdiyi və MuganMobile xidmətlərindən istifadə hüququ verən fərdi bölməsi/ləri.

2.1.19. təchizatçı –əhalinin maddi ehtiyaclarını və istəklərini təmin etmək üçün lazım olan avadanlıq, məhsul, iş və xidmət təqdim edən təşkilat.

2.2. Bu Müqavilədə 2.1. bəndində göstərilməyən terminlərdən və anlayışlardan istifadə oluna bilər. Bu halda həmin termin Müqavilənin mətninə uyğun olaraq izah olunur. Terminin birmənalı izahının və ya mənasının Müqavilənin mətnində olmaması halında ilk növbədə Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən izah, daha sonra isə işgüzar dövriyyədə və elmi doktrinada qəbul olunmuş ənənəyə uyğun izah götürülür.

3. MÜQAVİLƏNİN PREDMETİ

3.1. Müqavilənin predmeti Müqavilənin şərtlərinə uyğun olaraq MuganMobile Xidmətinin bütün imkanlarından istifadənin təmin edilməsidir.

3.2. Nəzərdə tutulmuş xidmətlərin sayı Xidmətdə nəzərdə tutulmuş xidmətlərlə məhdudlaşmır və Şirkət tərəfindən birtərəfli qaydada dəyişdirilə, tətbiqi dayandırıla və\və ya əlavə edilə bilər. Hazırki müqavilə ümumi oferta hesab edilir və xidmətlərdən istifadə imkanı əldə edərək İstifadəçi müqaviləyə qoşulmuş hesab edilir.

4. PROQRAMIN MODİFİKASİYASI

4.1. Şirkət vaxtaşırı olaraq İstifadəçinin sahib olduğu və ya nəzarət etdiyi mobil cihazdakı MuganMobile Xidmətinin versiyasını yeni funksiyalar və xidmətlərə dəstəyin əlavə edilməsi məqsədilə yeniləyə bilər. Şirkət modifikasiya olunma haqqında İstifadəçiyə məlumat verməklə, hazırki Müqavilə şərtlərinə vaxtaşırı dəyişiklik edə bilər. 

4.2. Hazırki Müqaviləyə edilmiş dəyişikliklərdən sonra İstifadəçinin Xidmətə daxil olması və ya ondan istifadə etməsi müvafiq dəyişikləri qeyd-şərtsiz qəbul etdiyini və buna razı olduğunu ifadə edir. Xidmətin yeni versiyası istifadəyə buraxıldıqda İstifadəçiyə bu barədə müvafiq məlumat veriləcək və yenilənmə ilə bağlı İstifadəçiyə müvafiq bildiriş göndəriləcəkdir. İstifadəçi Xidmətin yenilənmiş versiyasını, habelə Müqaviləyə edilmiş istənilən dəyişiklikləri qəbul etməyə razı olmadığı təqdirdə, müvafiq təlimatlara əməl etməklə, xidmət istifadəsinə xitam verməsi üçün öz şəxsi hesabını bağlamalı və tətbiqi silməlidir.

4.3. MuganMobile üzrə keçirilən əməliyyatlar, bu tətbiqin provayderının yerləşdiyi bölgənin (Bakı) vaxtı ilə həyata keçirilir.

5. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ:

5.1. Şirkətin hüquqları: 

5.1.1. Texniki nasazlıq zamanı, həmçinin təkmilləşdirmə işlərinin aparıldığı müddət ərzində və üçüncü şəxslərin MuganMobile xidmətinə qanunsuz müdaxiləsinin qarşısını almaq məqsədi ilə MuganMobile xidmətinin fəaliyyətini tam və ya qismən dayandırmaq;

5.1.2. Aşağıdakı hallarda əməliyyatları dayandırmaq:

-Şirkətdə İstifadəçi tərəfindən xidmətdən təyinatı üzrə istifadə olunmamasına dair əsaslı şübhələr olduqda; 

-öz mülahizəsinə əsasən İstifadəçinin eyniləşdirməsi üçün ehtiyac yarandıqda; 

-İstifadəçi tərəfindən dələduzluq əməliyyatların aparılmasına dair əsaslı şübhələr olduqda; 

-MuganMobile xidmətindən asılı olmayan səbəblərdən Təchizatçılarnan texniki və məlumati dəstəyin qurulması və saxlanılması mümkünsüz olduqda; 

-İstifadəçi tərəfindən bu Müqavilənin şərtləri pozulduqda;

-MuganMobile Xidmətinə İstifadəçi tərəfindən üçüncü şəxslərin hüquq və mənafeələrinin pozulması haqqında şikayətlərin daxil olması;

-Əməliyyatların icrası MuganMobile Xidməti, Təchizatçı və ya üçüncü şəxslərə itki verə biləcəyi digər hallarda. 

5.1.3. İstifadəçinin kimliyinin eyniləşdirməsi məqsədi ilə şəxsiyyətini təsdiq edən sənədi və zəruri olan digər sənədləri tələb etmək. 

5.1.4. MuganMobile Xidmətinin istənilən proqram təminatının modifikasiyasını həyata keçirmək və İstifadəçidən proqram təminatının yenilənməsini tələb etmək.

5.1.5. Xidmətlərin göstərilməsi zamanı MuganMobile Xidmətinə məlum olan müştərinin fərdi məlumatlarını mühafizə və emal etmək. Bu Müqaviləni aksept edərək, Müştəri fərdi məlumatların subyekti qismində çıxış edərək könüllü olaraq özünün fərdi məlumatlarının emalına razılıq verir. Fərdi məlumatların saxlanma müddəti bu Müqavilə bağlandığı andan 20 (iyirmi) il təşkil edir. Bu Müqavilənin aksepti ilə Müştəri fərdi məlumatların fərdi məlumat bazasına daxil olması barədə məlumatlandırıldığını, həmçinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquqlarını bildiyini təsdiqləyir. 

5.2. Şirkətin öhdəlikləri:

5.2.1. Xidmətin fasiləsiz işləməsini təmin etmək və informasiya təhlükəsizliyinin qayğısına qalmaq; 

5.2.2. İstifadəçiyə MuganMobile istifadəsi ilə bağlı texniki dəstək xidmətinə müraciət etmə imkanını yaratmaq və sorğuları daxili qaydalara və şərtlərə əsasən  cavablandırmaq. 

5.2.3. Müqavilənin tələblərinə və xidmətindən istifadə qaydalarına riayət etdiyi hallarda İstifadəçini qeydiyyatdan keçirmək. 

5.2.4. Bu Müqavilənin şərtlərinə uyğun olaraq İstifadəçi tərəfindən edilən əməliyyatları qəbul edərək Təchizatçı ilə Şirkət arasında bağlanan Müqaviləyə əsasən Təchizatçının xeyrinə ödənilməsini təmin etmək.

5.2.5. Bu Müqavilənin şərtlərinə zidd olmayan və icra şərtləri MuganMobile Xidməti ilə müəyyən olunan əlavə xidmətləri İstifadəçiyə göstərmək. 

5.2.6. Təhlükəsiz məlumat ötürmə kanalları vasitəsilə Əməliyyatlar və hesablaşmalar haqqında məlumatı ötürmək və almaq.

5.2.7. Üç il ərzində bütün hesablaşma və əməliyyatlara dair məlumatların saxlanmasını təmin etmək. 

5.2.8. MuganMobile Xidməti vasitəsilə istifadəçi tərəfindən edilən bütün əməliyyatları MuganMobile Xidmətində qeydiyyata almaq. 

5.3. TezPay Xidmət istifadəçisinin hüquqları:

5.3.1. Təchizatçı tərəfindən müəyyən olunan malların və/və ya xidmətlərin dəyərini ödəmək üçün MuganMobile xidmətindən istifadə etmək.

5.3.2. MuganMobile Xidmətində müəyyən olunan əlavə xidmətlərdən yararlanmaq.

5.4. TezPay Xidmət istifadəçisinin öhdəlikləri:

5.4.1. Bu Müqavilənin şərtlərinə və MuganMobile xidmətindən istifadə qaydalarına əməl etmək; 

5.4.2. MuganMobile resurslarında qeydiyyat zamanı özü və əməliyyat kartları haqqında həqiqi məlumatı təqdim etmək; 

5.4.3. İstifadəçi və Bank-emitent arasında bağlanan müqaviləyə əsasən təqdim olunan bank kart və sair hesablar vasitəsilə MuganMobile Xidməti üzərindən əməliyyatları həyata keçirmək; 

5.4.4. Üçüncü şəxslərə MuganMobile xidmətinin rəsmi səhifəsində şəxsi hesabından istifadə etmək imkanı verməmək və MuganMobile xidmətindən istifadə etmək məqsədilə təqdim olunmuş məxfi məlumatları və şifrələri açıqlamamaq;

5.4.5. Öz cihazlarının informasiya təhlükəsizliyinə lazımi qayğı göstərmək;

5.4.6. MuganMobile xidmətindən istifadə zamanı xidmətin proqram təminatına və/və ya onun hər hansı bir hissəsinə öz gücü və\və ya üçüncü şəxsləri cəlb etməklə dəyişiklik etməmək və bu cür hallara yol verməmək;

5.4.7. MuganMobile xidmətindən üçüncü şəxslərin hüquqlarını pozan qanunsuz məqsədlər üçün istifadə etməmək; 

5.4.8. MuganMobile resurslarında etdiyi istənilən hərəkət və/və ya qərarlar üçün tam məsuliyyəti daşımaq;

5.4.9. Məxfilik Siyasəti, əqli mülkiyyət və əlaqəli hüquqlar, və digər tənzimləyici tələblər daxil olmaqla, bütün tətbiq olunan qanunlara riayət etmək;

5.4.10. MuganMobile Xidmətində saxta hesab yaratmamaq, şəxsiyyətini təhrif etməmək, özündən başqa şəxs(lər) üçün hesab yaratmamaq və ya ondan istifadə etməmək və ya başqasının hesabını istifadə etməyə cəhd etməmək.

6. MuganMobile XİDMƏTİNDƏN İSTİFADƏ QAYDALARI

6.1 MuganMobile xidmətindən istifadə dedikdə, İstifadəçi tərəfindən MuganMobile resurslarında  təqdim edilən istənilən növ əməliyyatı həyata keçirmək, o cümlədən, ödəniş, köçürmə, başa düşülür.

6.2. MuganMobile xidmətindən istifadə bu Müqavilənin İstifadəçi tərəfindən qəbul edilməsindən sonra mümkündür.

6.3. Xidmət istifadəçisi MuganMobile sistemin imkanlarından yararlanmaq üçün aktiv mobil nömrə və müvafiq avadanlığa (smartfon,planşet və sair) sahib olmalıdır.

6.4. Şirkət öz mülahizəsinə əsasən istifadə qaydaları və şərtlərini, əlavə xidmətlərin göstərilməsi şərtlərini məhdudlaşdıra və dəyişdirilə bilər.

6.5. Müqaviləni qəbul etdikdən sonra İstifadəçi qeydiyyatlı və ya qeydiyyatsız istifadədən asılı olmayaraq MuganMobile xidməti üzərindən əməliyyatı həyata keçirən istənilən fiziki şəxs hesab olunur.

6.6. Əməliyyat üçüncü şəxsin xeyrinə icra olunmasından asılı olmayaraq, İstifadəçi əməliyyatı həyata keçirən şəxs hesab olunur. 

6.7. İstifadəçi Təchizatçı tərəfindən təqdim olunan xidmət/malı seçərək, MuganMobile xidmətinə əməliyyatların həyata keçirilməsi məqsədilə müvafiq sərəncamı göndərir. MuganMobile Xidmətinin İstifadəçi tərəfindən müvafiq Təchizatçının xeyrinə əməliyyatların qəbulu üzrə öhdəliyin icrası hər bir tərəfdən əməliyyat üzrə məlumatın emalı tam bitənədək başa çatır.

6.8. MuganMobile Xidməti İstifadəçiyə məxsus hesabın statusu, İstifadəçinin hesabla bağlı hərəkətləri, hesab tarixçəsi haqqında məlumatı təqdim etmir.

6.9.MuganMobile İstifadəçinin hesabında qeyd olunmuş müvafiq ünvana xidmət çərçivəsində baş verən vacib hadisələr və ya onunla bağlı məlumat xarakterli məktublar (bildiriş və ya notifikasiyalar) göndərmək hüququna malikdir.

6.10. MuganMobile-dən istifadə və kart ilə əməliyyatlarına görə İstifadəçidən müvafiq komissiya tutula bilər.

7. TARİFLƏR

7.1. MuganMobile Xidmətindən istifadəyə görə abunə haqqı mövcud deyil. Belə bir tarif və ya komissiya müəyyən olarsa, istifadəçinin öncədən razılığı alınmaqla həyata keçirilir.

7.2. MuganMobile xidməti vasitəsi ilə Təchizatçıların xidmətləri və/və ya mallarının ödənilməsi üçün komissiya əldə edə bilər. Komissiyanın həcmi Şirkət və Təchizatçı arasında mövcud müqavilənin şərtlərindən asılıdır. 

8. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ DÜZƏLİŞ, ƏLAVƏLƏRİN EDİLMƏSİ VƏ XİTAM.

8.1. MuganMobile Xidmətindən istifadə haqqında Müqavilə MuganMobile Xidməti ilə İstifadəçi arasında qoşulma müqaviləsi formasında bağlanılır və İstifadəçi tərəfindən aksept olunduğu andan qüvvəyə minir.

8.2.MuganMobile Xidməti rəsmi resurslarında yerləşdirməklə Müqaviləyə birtərəfli qaydada düzəliş və əlavələr etmək hüququna malikdir. Müqaviləyə düzəliş və əlavələr başqa qayda nəzərdə tutulmayıbsa, yerləşdirilildiyi andan etibarən qüvvəyə minir. 

8.3. Düzəlişlərin tətbiqindən sonra MuganMobile xidmətindən istifadə düzəlişlərin qəbul edildiyi anlamına gəlir. 

8.4. Müqaviləyə tərəflərin razılığı ilə və Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə əsasən xitam verilə bilər. Müqavilənin ləğvinin təşəbbüskarı qarşı tərəfə MuganMobile xidmətin üsulları vasitəsi ilə müvafiq bildiriş göndərir. Müqavilə bildiriş göndərildiyi gündən 10 (on) gündən sonra xitam verilmiş sayılır. 

9. MƏXFİLİK SİYASƏTİ VƏ “Cooki”lər 

9.1. Bu Xidmətdə məlumat qorunması və məxfilik tənzimlənməsinin fərqli qaydalarını özündə əks etdirən digər internet resurslarına keçid linkləri ola bilər. Lakin Şirkət sözügedən bu cur internet saytlarının məzmununa və məxfilik siyasətinə görə məsuliyyət daşımır. İstifadəçilərin qeydiyyata alınmış və gələcəkdə qeydiyyata alınacaq şəxsi məlumatları Şirkət tərəfindən ciddi qorunur və qorunmağa davam edəcəkdir. Bu baxımından məlumat təhlükəsizliyinin qorunması üçün İstifadəçi tərəfindən Xidmətə giriş məlumatlarının bilərəkdən və ya kobud etinasızlıqdan üçüncü şəxslərə verilməsi və ya bunun başqa bir şəxs tərəfindən İstifadəçinin nömrəsindən istifadə zamanı əldə edilməsi halında İstifadəçiyə dair məlumatların açıqlanmasına, habelə aparılan əməliyyatlara görə məsuliyyəti yalnız İstifadəçinin özü daşıyır. 

9.2. Şirkət “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq İstifadəçilər barədə fərdi məlumatları toplaya, emal edə, istifadə və ya ötürə bilər. Şirkət biznesin həyata keçirilməsi və hüquqi və qanuni öhdəliklər və ən yaxşı təcrübələrə əməl olunması və riskin idarə olunması barədə məlumatları toplayacaq, habelə xidmətlərin təmin edilməsi, münasibətlərin inkişaf etdirilməsi, ən yaxşı xidmət və məhsulların təqdim edilməsi üçün məlumatlardan istifadə edəcəkdir. İstifadəçi bu tətbiqi proqramını quraşdıraraq və istifadə edərək yuxarıda qeyd olunduğu şəkildə məlumatların açılmasına, emal edilməsinə, saxlanması və ötürülməsinə razılıq vermiş hesab ediləcəkdir. 

9.3. Fərdi məlumatlar ilkin qeydiyyat zamanı istifadəçi tərəfindən nümunə doldurularkən daxil edilmiş aşağıdakı növ məlumatların emalına icazə verir: 

ad, soyad və ata adı;

istifadəçinin əlaqə vasitələri; 

elektron poçt ünvanı;

zəruri digər məlumatlar.

Şirkət MuganMobile resurslarına daxil olma zamanı mexaniki olaraq ötürülən aşağıdakı məlumatların mühafizə edir:

İP ünvan;

kukilərdən olan məlumat;

brauzerdən olan məlumat;

istifadə vaxtı.

Şirkət MuganMobile istifadəçilərin İP ünvanlarının uçotunu aparır. Qeyd edilən məlumat baş verə biləcək problemləri aşkarlamaq, qarşısını almaq və həll etmək məqsədi ilə aparılır. Yuxarıda qeyd edilən bütün növ fərdi məlumatlar güvənilir şəkildə mühafizə edilir. 

9.4. Fərdi məlumatlar şirkət tərəfindən aşağıdakı hallarda istifadə edilə bilər:

Məlumatların eyniləşdirilməsi;

İstifadəçi ilə geri əlaqə yaradılması məqsədi ilə;

Xidmətlərin göstərilməsi və istifadəçi tərəfindən daxil olmuş sorğuların emal olunması;

Dələduzluq hallarının qarşısının alınması; 

İstifadəçinin fərdi məlumatlarının təsdiq edilməsi;

Proqramdan istifadə ilə bağlı yarana biləcək; 

İstifadəçinin elektron poçt vasitəsi ilə xəbərdar edilməsi; 

İstifadəçinin razılığı ilə reklam həyata keçirilməsi; 

Proqramdan istifadə vaxtı təqdim edilən məhsul ilə əlaqadar konkurs, və digər aksiyaların keçirilməsi;

Müqavilə ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi. 

9.5. Fərdi məlumatlar aşağıdakı hallarda şirkət tərəfindən səlahiyyətli edilmiş orqanlara təqdim edilə bilər: 

Emal və mühafizəsi;

Tələb edilən xidmətlərin göstərilməsi və tranzaksiya;

Şirkət bütün təşkilati və texniki işləri görür ki, məlumatların təhlükəsizliyini lazımı qaydada təmin etsin. 

9.6. Əgər məlumat daha öncə ümumi istifadədə olan məlumat olmuşdursa və (və ya) istifadəçinin razılığı ilə elan olunubsa, Şirkət fərdi məlumatın yayılması üçün məsuliyyət daşımır. İstifadəçinin məlumatları üçüncü tərəflərə satıla və ya qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla verilə bilməz. 

9.7. Proqramın təhlükəsizliyinə yardım göstərmək, onlayn reklam kampaniyalarının effektivliyini qiymətləndirmək, sistemə qoşulmanı təmin etmək, İstifadəçi maraq və ehtiyaclarını anlamaq (məsələn, daxil olma, axtarış məlumatlarını saxlamaq), İstifadəçi tərəfindən proqramın necə istifadə olunmasının Şirkət tərəfindən müşahidə olunmasına imkan yaratmaq üçün təminat vasitələrini (kukilər) İstifadəçinin qurğusunda saxlayır. İstifadəçi Proqramı quraşdıraraq və istifadə edərək sözügedən məlumatları mobil cihazda müəyyən edildiyi kimi saxlanmasına və daxil edilməsinə razılıq verir.

10. İNTELLEKTUAL HÜQUQLAR

10.1. MuganMobile xidmətinin köməyi ilə istifadə edilə bilən bütün obyektlər, o cümlədən işarələr, simvollar, ifadələr, mətnlər, qrafik təsvirlər, şəkillər, illüstrasiyalar, proqram təminatı, səslər, iş metodları, animasiya, audio kliplər və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar üzərində mülkiyyət hüququnlarının sahibliyini Şirkət özündə saxlayır və ya ona bu barədə lisenziya verilmişdir. 

10.2. Bu tətbiqin məzmunu və proqram təminatı şirkətin mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Qeyd edilən qayda və şərtlərin məhdud lisenziya təminatında açıq şəkildə ifadə olunanlar istisna olmaqla, yerdə qalan heç bir halda öz ticarət nişanları müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol vermir. 

10.3. Bilavasitə Şirkət tərəfindən yazılı razılıq olmadan ( Şirkətin istənilən səbəbdən bu cür razılıqdan imtina etmək hüququ vardır) İstifadəçi tərəfindən giriş əldə etdiyi hər hansı bir kontentini yenidən yaratmaq, təkrar etmək, surətini çıxarmaq, satmaq hüququna malik olmadığından istənilən nişanı reklamda və ya kommersiya xarakterli yayımda istifadə edilməsinə yol verilmir.

11. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

11.1 Bu Müqavilədə başqa cür şərtləndirilməmişdirsə, İstifadəçi onun tərəfindən təqdim edilən və ya təqdim edilə biləcək istənilən göstərişlər səbəbindən məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə Şirkət məsuliyyət daşımır. Şirkət qabaqcadan xəbərdarlıq bildirişi göndərməklə İstifadəçinin məruz qalacağı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır. Əqli və əlaqəli hüquqlar Şirkətə məxsus olduğundan bu Müqavilənin 10-cu maddəsində qeyd olunmuş tələblərin pozulması ilə bağlı İstifadəçi müvafiq qanunvericiliklə məsuliyyət daşıyır.

11.2. Bundan əlavə Şirkət İstifadəçinin aşağıdakı qeyd olunmuş səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərə görə heç bir halda məsuliyyət daşımır:

-üçüncü tərəflərin hərəkət, hərəkətsizliyi; 

-istifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda (o cümlədən daxil olma məlumatı) və ya üçüncü tərəfin qeyd etdiyi məlumatlarda səhvlər, xətalar, buraxılmalar, qeyri-dəqiqliklər və ya istənilən uyğunsuzluqlar (yeni versiyanın qəbul etməmək daxil olmaqla);

 -istifadəçi üzərinə götürdüyü hər hansı öhdəlikləri yerinə yetirməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar; 

-MuganMobile xidmətlərinə daxil olmaqda və ya ondan istifadə etməkdə yaranan hər hansı gecikmə, istənilən dələduz və ya qanunsuz hərəkət və ya hərəkətsizlik;

-Şirkətin İstifadəçiyə vaxtaşırı verə biləcəyi istənilən göstərişləri yerinə yetirməməsi; 

11.3 Tərəflərin iradəsindən asılı olmayan və/və ya tərəflərin təsir edə bilmədiyi və onların təsiri altında düşdüyü Fövqəladə hallar zamanı üzərilərinə düşən öhdəlikdən təsir bitən müddətə qədər məsuliyyətdən azad olunurlar.

11.4. Yerdə qalan digər hallarda Tərəflər Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımı qaydada icra olunmamasına görə Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. 

12. QARŞISIALINMAZ QÜVVƏ (FORS-MAJOR)

Şirkət xidmətin icrasının müharibə, istənilən növ hərbi əməliyyat, təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa, və digər qarşısı alınmaz qüvvə), işğal, vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hakimiyyətin qəsb edilməsi, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, lokaut, kiber hücum, elektrik təhcizatının, kabel, telefon və Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması səbəbilə yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

13. YEKUN MÜDDƏALAR

13.1. Hazırki müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir. Müqavilə ilə tənzimlənməyən məsələlər qüvvədə olan mövcud qanunvericiliyə uyğun şəkildə həll olunmalıdır. 

13.2. Tərəflər müqavilə üzrə hər hansı mübahisələr yarandığı təqdirdə, bu cür mübahisələri danışıq yolu ilə həll olunması üçün əlindən gələni etməlidir. Bu mümkün olmadıqda Müqavilə və onunla bağlı bütün mübahisələr qanunvericiliyə uyğun olaraq həll ediləcəkdir. Əgər bu və ya başqa səbəblərdən bu müqavilənin bir və ya bir neçə müddəası etibarsız və ya qanuni qüvvədən düşmüş hesab edilərsə, bu hal müqavilənin digər maddələrinin etibarlılığına və ya qanuni qüvvədə olmasına təsir göstərmir və sözügedən müddəa qüvvədə olan qanunvericiliyə uyğun olaraq dəyişdirilən müddəanın məqsədlərinə maksimum yaxın olan müddəa ilə əvəz və şərh ediləcəkdir. 

13.3. Şirkət tərəfindən müqavilədə əks olunan istənilən hüququn həyata keçirilməməsi və ya müdafiə edilməməsi Şirkətin həmin hüquqdan imtina etməsi anlamına gəlmir. Şirkət hüquqlarını istənilən vaxt istənilən üçüncü tərəfə istifadəçiyə öncədən bildiriş göndərmədən ötürə bilər. Amma İstifadəçinin bu müqavilə və ya müqavilə ilə bağlı hər hansı bir hüquq və öhdəliklərini Şirkətin qabaqcadan yazılı razılığı olmadan ötürməyə hüququ yoxdur və istənilən bu cür ötürmə cəhdi etibarsız və hüquqi qüvvəsi olmayan hesab edilir. 

13.4. Bu müqavilə Azərbaycan dilində tərtib olunub və bəzi hallarda istifadəçiyə tanış olmaq üçün başqa dillərdə təqdim oluna bilər. Müqavilənin Azərbaycan dili versiyası ilə başqa dildəki versiyası arasında fərq olduqda bu Müqavilənin Azərbaycan dilindəki versiyasının müddəaları tətbiq olunur.

14. MuganMobile SERVİSİNİN ÜNVANI VƏ REKVİZİTLƏRİ:

“Azərikard” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN:1400318341

Hüquqi ünvan: AZ 1005 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67

Faktiki ünvan: AZ 1014 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 54

Bank: “Azərbaycan Beynəlxalq Bankı “ASC 

Bankın kodu: 805250 

Bankın VÖEN: 9900001881

H/H:AZ79IBAZ40060019449311555120

M/H:AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X

Elektron ünvanı: [email protected]

Telefon:+99412 598 43 76 /+99412 598 46 97