Bank haqqında - Səhmlər

İnvestisiya qiymətli kağızlarının növü Adi səhmlər
Dövlət qeydiyyatı nömrəsi AZ 1001005466
Nominal dəyəri 200 (iki yüz) manat

Səhmlərə təsbit olunan hüquqlar:

Qanunvericiliklə və bankın nizamnaməsi ilə müəyyən edilmiş qaydada bankın idarə edilməsində iştirak etmək, idarəetmə orqanlarına seçilmək və seçmək;

Bankın xalis mənfəətindən divident almaq;

Bankın fəaliyyətinə xitam verildiyi halda, kreditorların tələblərinin, hesablanmış və ödənilməmiş dividentlərin, həmçinin imtiyazlı səhmlərin ləğvetmə dəyərinin ödənilməsindən sonra qalan Bankın əmlakının müəyyən hissəsini əldə etmək;

Bankın Səhmdarlarının Ümumi Yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

Qanunvericiliklə və bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Emitentin səhm mülkiyyətçiləri qarşısında öhdəlikləri:

Emitent səhm mülkiyyətçilərinin səhmlərlə təsbit olunan hüquqlarının icrasını təmin etmək öhdəliyini daşıyır.