Biznes Proseslərinin İdarəedilməsi Departamenti

Biznes Proseslərinin İdarəedilməsi Departamenti

Analitik

Baş ofis Bakı şəh., Ə. Rəcəbli küç., 21 B
Vəzifəyə olan tələblər:

- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri

- Tələblərin izlənilməsi

- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi

- Biznes tələblərinə görə hesabatların hazırlanması

- Bankın fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi

- Əldə edilmiş nəticələrə görə gələcək dövr üçün proqnozların verilməsi

- Maliyyə bazarının analizi

- Müxtəlif analitik materialların hazırlanması

- Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlasdırılaraq məlumat bazasına yüklənməsi

- Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması

- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi

- Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi

- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi

- Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək

- Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;

- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək

- Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti;

- Biznes müzakirələri aparmaq (məsələn, hədəfləmə və seqmentləşdirmə strategiyaları) üçün müştəri davranışı haqqında məlumatların əldə edilməsi və nəticələrin biznes tərəfdaşlarına və yüksək səviyyəli liderlərə aydın şəkildə çatdırılması.

Əməkhaqqı - 800-1000 AZN

Namizədə tələblər:

- Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır)

- Analitik kimi minimum 1 il iş təcrübəsi (Bank təcrübəsinin olması arzuolunandır)

- İnformasiyanın təhlili, sistemləşdirilməsi və ümumiləşdirilməsi, təhlil nəticələrinin struktur təqdimatı bacarıqları

- Statistik verilənlər bazaları ilə iş təcrübəsi, maliyyə hesabatlığını bilmək

- Bank biznes proseslərini anlamaq

- Bazarın əsas oyunçularını tanımaq 

- Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır)

- Sistemli yanaşma, informasiyasını qurmaq və tapşırıqların alternativ həll yollarını tapmaq bacarığı 

- Çoxsaylı tapşırıqları paralel icra edə bilmək, məsuliyyət, unsiyyət və sərbəst işləmək bacarıqları 

- Ofis proqranlarında işləmə bacarığı (Excel, Word, Power Point) Yüksək səviyyədə MS Excel biliyi

- Kodlaşdırma bacarıqları (Python, R və ya bənzəri kimi)

- Analitik vasitələr təcrübəsi (SQL və ya bənzəri kimi)

- Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;

- Məlumatların vizuallaşdırılması (Tableau, Power BI və ya digərləri)

- Böyük məlumat bazasının təhlilin aparılması

- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti 

- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi

- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər

- Adaptasiya və sərbəst araşdırma qabiliyyəti

CV göndər