Risklərin İdarəedilməsi Departamenti

Risklərin İdarəedilməsi Departamenti

Risklərin İdarəedilməsi Departamentinin Direktoru

Baş ofis Bakı şəh., Ə. Rəcəbli küç., 21 B
Vəzifəyə olan tələblər:

Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;

Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;

Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;

Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;

Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;

Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.


Namizədə tələblər:

Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (FRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;

Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;

İngilis dilində yazma, oxuma və danışma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)

Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;

Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;

Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;

İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;

Liderlik və işçi heyətini idarəetmə bacarığı;

Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;

MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

CV göndər