Muğanbankdan Mənzil təminatlı nağd kredit

“Muğanbank” ASC daşınmaz əmlakı girov
qoymaqla nağd pul krediti təklif edir. Artıq mənzili (1980-ci ildən sonra tikilən)
girov qoymaqla bankdan kredit almaq mümkündür.
Şərtlərə görə kreditin minimal məbləği
10 000 manat, maksimal məbləğ isə 100 000 manat təşkil edir. Kredit güzəşt müddəti
3 ay olmaqla, maksimum 48 ay müddətinə verilir, illik faiz dərəcəsi isə minimum
18%-dən başlayır. Mənzil təminatlı nağd kreditini “Muğanbank” ASC-nin ölkə ərazisində
olan bütün filiallarında rəsmiləşdirmək mümkündür.