Granat pul köçürmə xidməti artıq Muğanbankda

Muğanbank “ABB-MOSKVA” Bankı ilə yeni tərəfdaşlığı və müştərilərə Rusiyadan Azərbaycana pul köçürmələrini daha rahat həyata keçirməyə imkan verəcək “Granat” xidmətinin istifadəyə verilməsini qürurla elan edir.

İndi siz Rusiyadan Azərbaycana göndərilən köçürmələri Muğanbankın istənilən filial və ya şöbəsində qəbul edə bilərsiniz.

“Granat” pul göndərməyin və qəbul etməyin sürətli və təhlükəsiz üsullarını təmin edən müasir və innovativ pul köçürmə xidmətidir.

“Granat” xidməti ilə pul köçürmələrini göndərmək üçün siz “App Store” və ya “Google Play”-dən mobil tətbiqini yükləməli və ya “ABB-MOSKVA” Bankının filialına, həmçinin Rusiyadakı xidmət tərəfdaşlarının şəbəkələrinə müraciət etməlisiniz. Nağd pul köçürməsini almaq üçün Muğanbankın istənilən filial və ya şöbəsinə müraciət edərək, köçürmənin nömrəsini qeyd etməli və şəxsiyyət vəsiqəsini təqdim etməlisiniz. Köçürmələr Azərbaycan manatı, ABŞ dolları və avro ilə mümkündür.

"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya https://muganbank.az saytı vasitəsilə mümkündür.