Muğanbankda təcrübə proqramı

“Muğanbank” ASC gələcək karyerasını kiçik və orta biznes kreditləri üzrə qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.
Təcrübə proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə üzrə ali təhsil almış 25 yaşadək gənclər “Muğanbank” ASC-yə müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
- Riyazi biliklər;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
- Ünsiyyət və təqdimat bacarığı.
Təcrübə müddəti 3 aydır. Təcrübə müddətini uğurla başa vuran gənclərdən ən yüksək nəticə göstərənlər işlə də təmin oluna bilərlər.
Təcrübə Bakı filiallarını əhatə edəcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla tam iş gününü əhatə edir (saat 9:00-18:00) və ödənişsizdir. Proqrama qoşulmaq istəyənlər 17.12.2021-ci il tarixinədək CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına göndərər bilərlər.
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
News and campaigns
-
08.09.2023 12:54
Fərdi sahibkar və hüquqi şəxslər üzrə güzəştli tarif planı
-
25.07.2023 07:00
“Muğanbank” ASC 2023-cü ilin ikinci rübü...
-
19.07.2023 10:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü...
-
13.07.2023 11:00
Muğanbank “ABB-MOSKVA” Bankı ilə yeni tərəfdaşlığı və müştərilərə...
All news