Muğanbankda təcrübə proqramı

“Muğanbank” ASC kiçik və orta biznes kreditləri üzrə gələcək karyerasını qurmaq istəyən gənclər üçün təcrübə proqramı elan edir.
Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə üzrə ali təhsil almış gənclər “Muğanbank” ASC-yə müraciət edə bilərlər.
Tələblər:
- Yaş: 22-28 ;
- Riyazi biliklər;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir);
- Ünsiyyət və təqdimat bacarığı;
- Təcrübə proqramını müvəffəqiyyətlə başa vuran namizədlər işlə təmin olunacaq.
Təcrübə Bakı filiallarını əhatə edəcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla tam iş gününü əhatə edir (saat 9:00-18:00). Proqrama qoşulmaq istəyənlərdən 15.06.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV göndərmələri xahiş olunur.
Новости и кампании
-
28.11.2022 11:00
ОАО «Муганбанк» отмечает свое 30-летие!
-
26.10.2022 05:00
Dayanıqlı və daim inkişafda olan Bankımız...
-
20.10.2022 11:00
Муганбанк совместно с международной платежной организацией «Mastercard»
-
04.10.2022 01:00
Муганбанк предлагает клиентам новые виды бизнес-кредитов...
Все новости